02 sentyabr 2026, 16:55

Ramiz Hacıyevdən, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Şirvan şəhərinin sakinləri adından müraciət edərək xarici ölkələrə etdiyiniz uğurlu səfərləri, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və milli maraqlarımızın qorunması istiqamətində yorulmaz fəaliyyətinizi sonsuz qürurla izlədiyimizi bildirirəm.

Hər bir xarici səfərinizin dövlətimizin diplomatik qələbələri ilə nəticələnməsi, Azərbaycanın mövqelərinin daha da güclənməsi biz şirvanlıları çox sevindirir.

Sizə uzun ömür can sağlığı arzu edirik.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Hacıyev Ramiz Ramin oğlu

Azərbaycan Respublikası, Şirvan şəhəri