02 sentyabr 2026, 16:00

Şamil Əzizovdan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyiniz altında ölkəmizin hər bir bölgəsində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri Vətənimizin simasını gündən-günə gözəlləşdirir, əhalinin rifahını daha da yüksəldir.

Ölkəmizin inkişafı və xalqımızın rifahı naminə gördüyünüz işlərdə Sizə uğurlar diləyirəm.

Azərbaycanımız Sizin rəhbərliyinizlə daim inkişaf etsin! Xalqımız həmişə sülh və əmin-amanlıq içində yaşasın!

Sizə və ailənizə ən xoş arzularımı çatdırır, cansağlığı, uzun ömür və səadət arzulayıram.

Əzizov Şamil Hacı oğlu.

Azərbaycan Respublikası, Goranboy rayonu, Tap Qaraqoyunlu kəndi