01 sentyabr 2026, 17:00

Vəfadar Əfəndiyevdən, Ağsu, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin rəhbərliyiniz altında ordumuzun qüdrətlənməsi, hərbi sahədə aparılan köklü islahatlar və Silahlı Qüvvələrimizin müasir standartlara uyğun şəkildə yenidən qurulması istiqamətində göstərdiyiniz misilsiz xidmətlərə görə dərin minnətdarlığımı bildirirəm.

Sizin uzaqgörən hərbi strategiyanız və böyük diqqətiniz sayəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü və müasir orduları cərgəsində inamla yer tutub.

Maddi texniki bazanın ən son texnoloji silahlar, pilotsuz uçuş aparatları və rəqəmsal sistemlərlə gücləndirilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması və yeni hərbi hissələrin yaradılması dövlətimizin müdafiə qabiliyyətini ən yüksək zirvəyə qaldırdı.

Məhz Sizin rəhbərliyinizlə qazanılan tarixi zəfər və torpaqlarımızın, suverenliyimizin tam bərpası Ordumuzun gücünün, dövlətimizin qətiyyətinin bariz sübutudur.

Bununla yanaşı, hərbi qulluqçuların, qazilərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atdığınız hər bir addım vətəndaş olaraq bizdə böyük ruh yüksəkliyi və qürur hissi yaradır.

Xalqımıza bu böyük tarixi qüruru yaşatdığınız, sərhədlərimizi sarsılmaz etdiyiniz və güclü ordu quruculuğu siyasətini hər zaman prioritet saxladığınız üçün Sizə sonsuz təşəkkürümü bildirirəm.

Sizə ölkəmizin təhlükəsizliyi, ərazi bütövlüyünün qorunması və Silahlı Qüvvələrimizin daha da qüdrətlənməsi naminə ali fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Əfəndiyev Vəfadar

Azərbaycan Respublikası, Ağsu rayonu.