28 avqust 2026, 14:50

Bahar Əfəndiyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin Özbəkistan Respublikasına səfərinizi, səfər çərçivəsində həyata keçirdiyiniz görüşləri, əldə olunan nailiyyətləri böyük qürurla izlədim.

Sizin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Daşkənddə imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” iki qardaş ölkə arasındakı müttəfiqlik əlaqələrini sarsılmaz təməllər üzərində rəsmiləşdirmişdir.

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqram”ın və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında investisiyalar və ticarət sahələrində layihələrin həyata keçirilməsi üzrə Praktiki Fəaliyyət Planı”nın (Yol Xəritəsi)”, eləcə də enefgetika, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıq təşəbbüslərinin qəbul olunması Sizin uzaqgörən siyasətinizin parlaq nəticəsidir.

Azərbaycanın türk dünyasında lider dövlətə çevrilməsi və qlobal arenada strateji maraqlarımızın qorunması naminə göstərdiyiniz ali fəaliyyətdə Sizə cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Əfəndiyeva Bahar

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.