logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib

Text size icon-size icon-size

26 avqust 2026, 18:00

Avqustun 26-da Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib.

Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və yeni müvəffəqiyyətlər arzulayıb.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Mehriban Əliyevanın xeyirxah fəaliyyətinin dünyada böyük rəğbətlə qarşılandığını vurğulayıb.

Azərbaycanın Birinci vitse-prezidenti göstərilən diqqətə və təbriklərə görə təşəkkür edib.

Telefon söhbəti əsnasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Türkiyənin birinci xanımı Əminə Ərdoğanın səmimi görüşləri məmnunluqla xatırlanıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Türkiyənin birinci xanımı Əminə Ərdoğan qardaşlıq və strateji müttəfiqlik əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi