Ələmdar Hüseynovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mən şəhid qardaşı olaraq şəhid ailələrinə göstərdiyiniz sonsuz qayğıya görə Sizin təşəkkür edirəm.
Vətən uğrunda mübarizədə canlarını fəda etmiş insanların ailələrinə, müharibə əlillərinə xüsusi qayğı göstərilməsi Sizin dövlətimiz qarşısında müəyyənləşdirdiyiniz əsas vəzifələrdən biridir. Bu gün hər bir şəhid ailəsinin, müharibə əlilinin ən yüksək səviyyədə qayğı ilə əhatə olunması Sizin müdrik siyasi kursunuzun nəticəsidir.
Sizin sosial siyasətiniz ölkəmizdə uğurla davam və inkişaf edir. Biz şəhid ailələri də bu qayğıdan yararlanırıq. Bu diqqət və qayğıya görə Sizə minnətdarıq.
Müstəqil Azərbaycanımızın davamlı inkişafı naminə şərəfli fəaliyyətinizdə Sizə daha böyük uğurlar və möhkəm cansağlığı arzulayıram.
Hörmətlə,
Hüseynov Ələmdar.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.