Bəxtiyar Rəsulovdan, Naxçıvan, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin müdrik və uzaqgörən rəhbərliyiniz altında Azərbaycanın hər bir bölgəsində həyata keçirilən uğurlu gənclər siyasəti biz gənclərin gələcəyə daha böyük inamla baxmasını təmin edir. Sizin hər zaman gənclərə göstərdiyiniz xüsusi diqqəti, qayğını və bizə bəslədiyiniz yüksək etimadı hər bir azərbaycanlı gənci kimi mən də dərindən hiss edir və yüksək qiymətləndirirəm. Biz gənclərin potensialının üzə çıxarılması, savadlı və dövlətçiliyə sadiq kadrlar kimi yetişməsi üçün yaratdığınız geniş imkanlar hər birimiz üçün qürur mənbəyidir.
Bu diqqət və qayğının əyani təzahürü olaraq, Naxçıvan Muxtar Respublikasında gənclərin məşğulluğunun artırılması istiqamətində görülən işlər mənim də həyatımda mühüm rol oynamışdır.
Mən bu yaxınlarda müraciətim əsasında işlə təmin olundum. Müraciətimə xüsusi həssaslıqla yanaşılması, işə qəbul prosesinin şəffaf, operativ və obyektiv şəkildə həyata keçirilməsi, göstərilən bu dəstək və diqqət mənim dövlətimizə olan bağlılığımı və gələcək fəaliyyətimə olan stimulumu bir daha artırmışdır.
Cənab Prezident, mənə göstərilən bu yüksək etimadı doğrultmaq və Vətənimizə layiqincə xidmət etmək üçün bütün bilik və bacarığımı səfərbər edəcəyəm. Sizin gənclərə verdiyiniz dəyərə əməli işimlə cavab vermək mənim üçün ən böyük vəzifədir.
Vətəndaşların, xüsusilə də gənclərin sosial rifahının yüksəldilməsinə, onların işlə təminatına göstərdiyiniz bu ali diqqətə görə Sizə sonsuz təşəkkürümü və dərin ehtiramımı çatdırıram. Sizə müstəqil Azərbaycanımızın davamlı inkişafı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni böyük uğurlar və möhkəm cansağlığı arzulayıram.
Dərin hörmət və minnətdarlıqla,
Rəsulov Bəxtiyar
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri