Qalib Həsənov və başqalarından, Gəncə, Azərbaycan
Bu gün Azərbaycan xalqı Sizin müdirik rəhbərliyiniz, qətiyyətli siyasətiniz, qüdrətli Ordumuzun, gənclərin vətənpərvərliyi və xalqın birliyi sayəsində tarixi ədalətin bərpa olunduğu zəfərimizin qürurunu yaşayır.
Torpaqlarımızın azadlığı uğrunda iştirak edərək sağlamlığını itirmiş müharibə əlillərinə göstərilən dövlət qayğısı ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində dayanır. İmtiyazlı şəxslərin sosial problemlərinin həlli və həyat şəraitimizin yaxşılaşdırılması istiqamətində atılan addımlara görə Sizə minnətdarlığımı bildiririk.
Biz - Vətən müharibəsinin qaziləri fəxr edirik ki, belə bir qəhrəman xalqın övladlarıyıq, Sizin kimi müdrik, ədalətli və sarsılmaz iradəyə malik Ali Baş Komandanın rəhbərliyi altında böyük zəfərə nail olmuşuq.
Hörmətlə,
Həsənov Qalib,
Məmmədov Aqil,
Əsgərov Elçin.
Azərbaycan Respublikası, Gəncə şəhəri.