logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar

Text size icon-size icon-size

23 avqust 2026, 22:50

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə “Oxunguzar” incəsənət məkanında olublar.

Bu layihə Özbəkistan Respublikasının Prezident Administrasiyası yanında Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun sifarişi ilə həyata keçirilib.

İncəsənət məkanında keramika, tikiş, zərgərlik məmulatları, həmçinin ağac üzərində oyma nümunələrinin nümayiş olunduğu sərgilər təşkil edilir.

Burada, eyni zamanda, müxtəlif görüşlər, mühazirələr və maarifləndirici tədbirlər keçirilir.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi