Gülnaz Hünbətzadədən, Tərtər, Azərbaycan
17 avqust 2026, 17:39
Hörmətli cənab Prezident!
Sizin müdrik və uzaqgörən rəhbərliyiniz altında ölkəmizin qazandığı möhtəşəm nailiyyətlər xalqımız tərəfindən böyük rəğbətlə və minnətdarlıqla qarşılanır.
Ardıcıl və məqsədyönlü siyasətiniz sayəsində bu gün Azərbaycanda dinamik inkişafın nəticələri göz qabağındadır, respublikada sosial-iqtisadi islahatlar uğurla həyata keçirilir, abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Şəhər və rayonların infrastrukturunun yenilənməsi, yolların əsaslı təmiri, yeni yolların inşası, istehsal və xidmət müəssisələrinin açılışı əhalinin rifah halının yüksəlməsinə, məşğulluğun artırılmasına, bütövlükdə ölkəmizin ümumi tərəqqisinə mühüm töhfələr verir.
Bu gün ölkəmizin hər bir bölgəsində olduğu kimi, Tərtər rayonunda da abadlıq-quruculuq işləri həyata keçirilir. Görülən bu işlər xalqımızın Sizə olan sevgisini, etimad və güvənini daha da gücləndirir, eyni zamanda gələcəyə olan inamımızı artırır.
Dövlətimizin daha da inkişafı, suverenliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə həyata keçirdiyiniz siyasətə görə Sizə dərin minnətdarlığımı bildirir və əzmkar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Uca Allah Sizi qorusun!
Hörmətlə,
Gülnaz Hünbətzadə
Azərbaycan Respublikası, Tərtər rayonu, Hacıqərvənd kəndi.