logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb

Text size icon-size icon-size

17 avqust 2026, 11:50

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb.

Bu barədə dövlətimizin başçısının “X” sosial şəbəkə hesabında bildirilib.

Paylaşımda, həmçinin qeyd olunub: “20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq.

Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi”.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi