Bəxtiyar Əzizov və Arif Səfərovdan, Şirvan, Azərbaycan
17 avqust 2026, 14:33
Hörmətli cənab Prezident!
Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən dövlət proqramları, ardıcıl islahatlar, uğurla reallaşdırılan layihələr Azərbaycanın dayanıqlı inkişafını, vətəndaşların sosial rifahının yüksəldilməsini təmin edir. Ölkəmizin son illərdə qazandığı sosial-iqtisadi nailiyyətlərin mühüm xüsusiyyətlərindən biri də inkişaf prosesinin bütün bölgələri əhatə etməsidir. Regionlarda həyata keçirilən abadlıq-quruculuq işləri respublikanın sosial-iqtisadi inkişaf strategiyasının mühüm hissəsidir. Bu proses nəticəsində bölgələrdə müasir infrastruktur formalaşır, sosial obyektlər yenilənir. Həyata keçirilən bütün bu layihələrin əsas məqsədi isə insan amilidir. Yeni yolların, məktəblərin, xəstəxanaların, yaşayış binalarının və digər obyektlərin inşası insanların daha rahat və təhlükəsiz şəraitdə yaşamalarına xidmət edir.
Cənab Prezident, bu gün yaşadığımız Şirvan şəhərində də abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Piyada səkilərimiz, məhəllədaxili istirahət məkanlarımız, yaşayış binalarının fasadları, dam örtükləri tamamilə yenilənmişdir. Bu işlər şəhərimizin simasını dəyişdirmiş, yeni ab-hava yaratmışdır. Bütün bunlar sakinlərimiz tərəfindən sevinclə və rəğbətlə qarşılanır. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.
Sizə uzun ömür, cansağlığı, ölkəmizin daha da inkişafı, xalqımızın firavanlığı üçün göstərdiyiniz əzmkar fəaliyyətdə müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
Bəxtiyar Əzizov
Arif Səfərov
Azərbaycan Respublikası, Şirvan şəhəri.