Gülər Sultanzadədən, Bakı, Azərbaycan
05 avqust 2026, 17:00
Hörmətli cənab Prezident!
Sizin həyata keçirdiyiniz uğurlu xarici siyasət sayəsində Azərbaycanın regional lider kimi mövqeyi güclənmiş, ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınmışdır. Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Xarici ölkələrə hər bir səfəriniz bunu əyani şəkildə təsdiqləyir.
Bu günlərdə Qırğızıstana etdiyiniz dövlət səfəri xarici siyasətdə daha bir uğurun göstəricisi oldu. Bu səfər iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və mətbuata verdiyiniz bəyanatlar iki qardaş ölkənin gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən mühüm mesajlarla yadda qaldı. Səfəriniz və Mərkəzi Asiya dövlət başçılarının görüşündə iştirakınız Azərbaycanın Türk dünyasında artan siyasi nüfuzunu və strateji mövqeyini bir daha nümayiş etdirdi.
Azərbaycan-Qırğızıstan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi iki qardaş ölkə arasında mövcud olan tarixi, mədəni və mənəvi bağların daha da möhkəmləndiyini göstərir. Müttəfiqlik münasibətləri haqqında Müqavilə ölkələrimiz arasındakı siyasi etimadı, qarşılıqlı hörməti möhkəmləndirməklə və uzunmüddətli əməkdaşlığı daha da genişləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcını ifadə edir.
Cənab Prezident, ölkəmizin nüfuzunu, qüdrətini artırdığınıza, milli maraqlarımızı qətiyyətlə müdafiə etdiyinizə görə Sizə minnətdarıq.
Sizə cansağlığı, çoxşaxəli fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.
Hörmətlə,
Gülər Sultanzadə
Azərbaycan Respublikası, Bakı şəhəri.