Xəyal Məmmədəliyevdən, Qəbələ, Azərbaycan
04 avqust 2026, 15:10
Hörmətli cənab Prezident!
Sizin Mehriban xanım Əliyeva ilə birlikdə Qırğız Respublikasına dövlət səfərinizi böyük qürur hissi ilə izlədim.
Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, regionda söz sahibi olan güclü dövlət kimi mövqeyini gündən-günə daha da möhkəmləndirir. Dost və qardaş ölkələrlə qurduğunuz səmimi münasibətlər Türk dünyasında həmrəyliyin və regional əməkdaşlığın inkişafına mühüm töhfələr verir.
Səfər çərçivəsində Sizin Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistanın prezidentləri ilə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə və digər tədbirlərdə iştirak etməyiniz dövlətlərimiz arasındakı dostluğun, qarşılıqlı hörmətin və strateji tərəfdaşlığın bariz nümunəsidir. Keçirdiyiniz yüksək səviyyəli görüşlərin və aparılan səmərəli müzakirələrin siyasi, iqtisadi, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişlənməsinə, eyni zamanda regionda sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verəcəyinə inanırıq.
Sizə və Mehriban xanıma möhkəm cansağlığı, uzun ömür, dövlətimizin daha da qüdrətlənməsi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Məmmədəliyev Xəyal İlham oğlu
Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.