Əlistan Heydərovdan, Göygöl, Azərbaycan
31 iyul 2026, 18:30
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyinizlə ölkəmizdə milli mənəvi dəyərlərimizin qorunması, zəngin mədəni irsimizin yaşadılması və dünyada tanıdılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizin beynəlxalq aləmdə təbliği sahəsində gördüyü işlər təqdirəlayiq və qürurvericidir.
Həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsi olaraq bölgələrimizdə təşkil olunan festivallar, sərgilər milli kimliyimizin təbliğinə, turizmin inkişafına və regionlarımızın sosial-iqtisadi yüksəlişinə təkan verir.
Əminəm ki, Göygöl rayonunda keçirilən V Milli Yaylaq Festivalı da xalqımızın qədim elat mədəniyyətinin, adət-ənənələrinin və folklor irsinin gələcək nəsillərə çatdırılmasına, Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasına mühüm töhfə verəcəkdir.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, dövlətimizin inkişafı naminə atdığınız hər addımda böyük nailiyyət arzulayıram.
Hörmətlə,
Əlistan Heydərov
Azərbaycan Respublikası, Göygöl rayonu.