Ümüd Rəsulovdan, Ağsu, Azərbaycan
30 iyul 2026, 16:21
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Sizin IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışınızda bir çox aktual məsələlərə fikir bildirməklə yanaşı, gənclərə səslənməyiniz, bizim gələcək inkişafımızın gənc nəslə bağlı olacağını bildirməyiniz mənə çox xoş təsir bağışladı. Məhz Sizin diqqətiniz sayəsində bu gün Azərbaycanda gənc nəslin düzgün yetişdirilməsi, gənclərin sağlam və vətənpərvərlik ruhunda böyümələri dövlət siyasətində önəmli yer tutur. Azərbaycan gəncləri Sizin onlara verdiyiniz dəyəri yüksək qiymətləndirir. Biz fəxr edirik ki, Sizin kimi müdrik, qətiyyətli və qayğıkeş Prezidentimiz var. Sizə güvənirik, Sizi dəstəkləyirik, hər zaman yanınızdayıq.
Cənab Prezident, Sizə cansağlığı, ölkəmizin daha da inkişafı naminə fəaliyyətinizdə uğurlar, yeni-yeni zəfərlər arzulayıram. Yolunuz hər zaman açıq olsun!
Hörmətlə,
Ümüd Rəsulov
Azərbaycan Respublikası, Ağsu rayonu.