logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əfsanə İbrahimovadan, Şirvan, Azərbaycan

Text size icon-size icon-size

30 iyul 2026, 14:30

Hörmətli cənab Prezident!

Mən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsiyəm. Gənclərə göstərdiyiniz yüksək diqqət və qayğıya, onların ictimai-siyasi həyatda rolunun artırılması, öz potensiallarını reallaşdırmaları üçün geniş imkanlar yaratdığınıza görə Sizə minnətdaram.

Ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili hər zaman diqqət mərkəzindədir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Sizin rəhbərliyinizlə ölkəmizdə təhsilin inkişafı istiqamətində də mühüm islahatlar həyata keçirilir. Bu gün öyrəndiyimiz biliklər və uğurlu gələcəyimiz üçün yaratdığınız şərait biz gənclərə hər zaman daha əzmlə çalışmaq üçün böyük ruh yüksəkliyi verir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

 

Hörmətlə,

Əfsanə İbrahimova

Azərbaycan Respublikası, Şirvan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi