logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yaşar Məmmədzadədən, Göygöl, Azərbaycan

Text size icon-size icon-size

29 iyul 2026, 18:30

Hörmətli cənab Prezident!

Azərbaycanda aqrar sahənin inkişafına göstərdiyiniz xüsusi diqqət və qayğı, kənd təsərrüfatının müasir əsaslarla inkişafı, fermerlərin sosial rifahının yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və regionların davamlı inkişafı istiqamətində həyata keçirdiyiniz məqsədyönlü siyasətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair təsdiq etdiyiniz 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı kənd təsərrüfatının diversifikasiyası üçün mühüm addımdır. Bir fermer kimi inanıram ki, bu Proqramın uğurla icrası ölkəmizdə aqrar sahənin inkişafında yeni mərhələ olacaqdır.

Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətçilik fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

 

Hörmətlə,

Yaşar Məmmədzadə

Azərbaycan Respublikası, Göygöl rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi