Sara Əsədova və başqalarından, Şirvan, Azərbaycan
29 iyul 2026, 16:00
Hörmətli cənab Prezident!
Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Şirvan şəhərində də abadlıq və quruculuq işləri yüksək templə davam etdirilir. Şəhərimizin bütün küçə və prospektlərini əhatə edən, vətəndaş məmnunluğunun vacib predmetinə çevrilən abadlıq işləri böyük sevinclə və dərin minnətdarlıqla qarşılanır. Görülən işlər həm də işsizlər üçün yeni iş yerləri deməkdir. Göstərdiyiniz diqqət və qayğıya görə şəhərimizin sakinləri adından Sizə təşəkkür edirik.
Cənab Prezident, Sizin həyata keçirdiyiniz uğurlu siyasətin mərkəzində insan amili dayanır. Atdığınız bütün addımlar, həyata keçirdiyiniz islahatlar vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasına istiqamətlənib.
İnanırıq ki, Sizin rəhbərliyiniz altında ölkəmiz gələcəkdə də dinamik inkişafını davam etdirəcək və yeni zirvələr fəth edəcək, vətəndaşlar hər zaman firavan həyat yaşayacaqlar.
Sizə cansağlığı, uzun ömür, dövlətimizin, xalqımızın daha parlaq gələcəyi naminə çətin və şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirik.
Hörmətlə,
Sara Əsədova
Araz Vəliyev
Vasif Əlizadə
Azərbaycan Respublikası, Şirvan şəhəri.