logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Text size icon-size icon-size

23 iyul 2026, 13:30

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 23-cü və 27-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 125 (Cild I); 2024, № 3, maddə 248; 2025, № 1, maddə 13, № 4 (I kitab), maddə 318; 2026, № 4, maddə 292) 2-ci maddəsinin üçüncü hissəsində “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə “vasitələrinin” sözündən sonra “və mopedlərin” sözləri əlavə edilsin.

Maddə 2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101, № 4 (I kitab), maddələr 318, 322, № 5, maddə 433, № 6, maddələr 521, 524, № 7, maddə 626, № 12 (I kitab), maddələr 1118, 1129; 2026, № 1, maddələr 8, 13, 20; Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu) 18.65-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 18.65.1.2-ci, 18.65.2.2-ci, 18.65.3.2-ci və 18.65.6.3-cü maddələrə ismin müvafiq hallarında “yarımqoşqular” sözündən sonra “, habelə mopedlər” sözləri əlavə edilsin;

2.2. 18.65.4.1-ci və 18.65.4.1-1-ci maddələrə “vasitələrinin,” sözündən sonra “o cümlədən mopedlərin, habelə” sözləri əlavə edilsin;

2.3. 18.65.5.1-ci və 18.65.7.1-ci maddələrə “vasitələri” sözündən sonra “, o cümlədən mopedlər” sözləri əlavə edilsin.

Maddə 3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 788 (Cild I); 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 315; Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu) 50-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 50.1-ci maddəyə “vasitələrinin” sözündən sonra “və mopedlərin” sözləri əlavə edilsin;

3.2. 50.2-ci maddəyə ikinci halda “vasitələrinin” sözündən sonra “, habelə mopedlərin” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2026-cı il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi