Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisiyə
23 iyul 2026, 11:00
Hörmətli cənab Prezident,
23 İyul – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün Misir xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf edən Azərbaycan-Misir dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf edəcək və daha da genişlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyul 2026-cı il