logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Zemfira Nəsibovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

12 fevral 2013, 16:30

Möhtərəm Prezident!

Sizin rəhbərliyinizlə respublikamız günü-gündən gözəlləşir, inkişaf edir. Sizin qayğınız bizim Biləcəri qəsəbəsindən də yan keçməmişdir. Küçələrimiz genişləndirilir, işıqlandırılır, istirahət parkı təmir edilir, “20 Yanvar” bağı yenidən quruldu. Biz yaşlı nəslin nümayəndələrinin də artıq dincəlməyə yeri olacaqdır. Biləcəridə heç vaxt belə gözəl olmamışdı. Bütün bunlara görə öz adımdan, Biləcəri sakinləri və təqaüdçüləri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi dövlətimiz başı üstündən əskik etməsin!

Hörmətlə,

Nəsibova Zemfira Ağakərim qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi