Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Text size
21 iyul 2026, 11:40
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəlib.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlətimizin başçısını qarşıladı.
Prezident İlham Əliyev burada xatirə kitabını imzaladı.
Sonra Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi.