Belçikalıların Kralı Əlahəzrət Filipə
Text size
21 iyul 2026, 11:00
Əlahəzrət,
Belçika Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, Belçika xalqına daim əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyul 2026-cı il