20 iyul 2026, 14:50

İsrafil Mikayılov və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan!

Siz ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün əlinizdən gələni əsirgəmirsiniz.

Son illər ölkəmizin dinamik inkişafı dünya arenasında nüfuzunuzun durmadan artması, xalqımızın rifah halının günbəgün yüksəlməsi Sizin yorulmaz fəaliyyətinizin bariz nümunəsidir.

Bizim yaşadığımız köhnə küçələrin, evlərimizin damlarının, aşınıb dağılmış divarların əsaslı təmir olunması Maştağa qəsəbəsinin sakinlərini sonsuz dərəcədə sevindirdi.

Sizin diqqət və qayğınız nəticəsində qəsəbəmiz tamamilə yeni görkəm almış, sakinlərin rahatlığı və rifahı üçün böyük işlər görülmüşdür. Bu görülən abadlıq və quruculuq işlərinə görə Maştağa qəsəbəsinin sakinləri adından Sizə dərin minnətdarlığımızı və sonsuz təşəkkürümüzü bildiririk.

 

Hörmətlə,

Mikayılov İsrafil Hacımayıl oğlu,

Hüseynov Əzim Balakərim oğlu,

Quliyev Nəcəfqulu Babaəli oğlu,

Məmmədov Munis Feyzulla oğlu,

Quliyev Saleh Hüseynqulu oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi.