20 iyul 2026, 17:45

Vüsal Hüseynovdan, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanın davamlı inkişafı, xalqımızın rifahının yüksəldilməsi, dövlətimizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi, həmçinin Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması istiqamətində həyata keçirdiyiniz uzaqgörən dövlət siyasətinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Siz daim Azərbaycan Respublikasının nüfuzunu beynəlxalq arenada ucaldır, hər zaman Azərbaycan xalqının maraqlarına uyğun xarici siyasət yeridirsiniz. Bu Sizin Azərbaycan xalqına olan yüksək sevginizin bariz nümunəsidir.

Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Tanrı Sizi və Azərbaycanımızı qorusun! Çox sağ olun.

Çox sağ olun, cənab Prezident!

 

Hörmətlə,

Hüseynov Vüsal Ceyhun oğlu

Azərbaycan Respublikası, Göyçay rayonu