Nizami Mustafayevdən, Gəncə, Azərbaycan


12 fevral 2013, 16:20
Möhtərəm Prezident!
Azərbaycanın böyük tarixi uğuru olan ilk telekommunikasiya peyki “Azərspace-1”in orbitə buraxılması münasibəti ilə Sizi ürəkdən təbrik edirik. Bu peyk ölkəmizin kosmik ailəyə daxil olması ilə informasiya-kommunikasiya texnologiyalarının inkişafı və dövlətimizin iqtisadi qüdrətinin artırılmasında böyük rol oynayacağına inanırıq.
Azərbaycanın siyasi və iqtisadi qüdrətinin artmasında gərgin əməyinizə, informasiya-kommunikasiya texnologiyalarının inkişafına göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımızı bildiririk.
Regional poçt filialının kollektivi adından dərin hörmətlə,
Nizami Mustafayev, rəis.
Azərbaycan Respublikası, Gəncə şəhəri.