17 iyul 2026, 19:25
Bikə Məlikovadan, Şirvan, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizi hər dəfə mədəniyyətimizin beşiyi Şuşa şəhərində görəndə bir vətəndaş kimi qürurlanıram.
30 ilə yaxın düşman tapdağında qalan doğma Şuşamızın azadlığı günü Siz demişdiniz:"Əziz Şuşa Sən Azadsan, Əziz Şuşa Biz Səni Dirçəldəcəyik". Dediniz və etdiniz.
Cənab Prezident, Sizin müdrik siyasətinizlə təkcə Qarabağ yox bütün bölgələrimiz o cümlədən doğma Şirvan şəhərimiz hər gün abadlaşır, gözəlləşir inkşaf edir.
Bu gün Siz təkcə regionda deyil, dünyada yeni reallıq - türk dünyası reallığı yaradırsınız. Bu böyük missiyanı həyata keçirmək yolunda Sizə tükənməz güc- qüvvət və böyük uğurlar arzulayırıq.
Var olun, cənab Prezident!
Dərin hörmətlə,
Məlikova Bikə Bəhruz qızı
Azərbaycan Respublikası, Şirvan şəhəri