logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əzim Niftiyevdən, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

17 iyul 2026, 18:45

Möhtərəm cənab Prezident,

Şuşa şəhərində keçirilən IV Şuşa Qlobal Media Forumunu və bu mötəbər tədbir çərçivəsində keçirdiyiniz görüşləri böyük maraq və qürur hissi ilə izlədim.

Bu mühüm tədbirlər bir daha göstərdi ki, Azərbaycan artıq təkcə regionda deyil, beynəlxalq müstəvidə də etibarlı tərəfdaş, dialoq və əməkdaşlıq məkanı kimi qəbul olunur. Şuşanın belə nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi şəhərimizin dirçəlişinin və Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin parlaq göstəricisidir.

Forum zamanı səsləndirdiyiniz fikirlər, media sahəsində həqiqətin qorunması, dezinformasiyaya qarşı mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı baxışlar Azərbaycan dövlətinin prinsipial və ardıcıl mövqeyini bir daha dünyaya nümayiş etdirdi.

Cəlilabad rayonunun sakini və dövlətinə bağlı bir vətəndaş kimi, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi naminə həyata keçirdiyiniz fəaliyyətə görə Sizə təşəkkürümü bildirir, dövlətçilik yolunda uğurlarınızın davamlı olmasını arzulayıram.

Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyiniz ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

 

Dərin hörmət və ehtiramla,

Niftiyev Əzim Özüxan oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi