Xəyal Məmmədəliyevdən, Qəbələ, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Şuşa şəhərində keçirilən IV Şuşa Qlobal Media Forumunu böyük qürur və sevinc hissi ilə izlədik. Bu mötəbər tədbirin uğurla keçirilməsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.
"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunmuş Forumun dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini və beynəlxalq təşkilatları bir araya gətirməsi Azərbaycanın beynəlxalq nüfuzunun və artan etimadının növbəti bariz göstəricisi oldu.
Forum çərçivəsində səsləndirdiyiniz fikirlər, beynəlxalq media nümayəndələrinin suallarına verdiyiniz ətraflı və əsaslandırılmış cavablar ölkəmizin mövqeyini dünya ictimaiyyətinə aydın şəkildə çatdırdı. Siz bir daha nümayiş etdirdiniz ki, Azərbaycan həqiqətin, beynəlxalq hüququn və ədalətin tərəfdarı olan güclü dövlətdir.
Şuşanın artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi nüfuzlu məkana çevrilməsi hər bir Azərbaycanlı üçün böyük qürur mənbəyidir. Vaxtilə işğal altında qalan bu qədim şəhərin bu gün sülh, əməkdaşlıq və beynəlxalq dialoq məkanı kimi tanınması Sizin uzaqgörən siyasətinizin və qətiyyətli rəhbərliyinizin mühüm nəticəsidir.
Bir Azərbaycan gənci olaraq, dövlətimizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi, milli maraqlarımızın qətiyyətlə müdafiə olunması və Qarabağın dünya ictimaiyyətinə yeni simada təqdim edilməsi istiqamətində həyata keçirdiyiniz məqsədyönlü fəaliyyətə görə Sizə təşəkkür edirik.
Uca Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan naminə həyata keçirdiyiniz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Məmmədəliyev Xəyal İlham oğlu
Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.