logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hicran Cəfərovdan, Şirvan, Azərbaycan

Text size icon-size icon-size

16 iyul 2026, 17:52

Hörmətli cənab Prezident!

Azad olunmuş ərazilərimizdə həyata keçirdiyiniz bərpa-quruculuq işləri çərçivəsində milli-mənəvi dəyərlərimizə, tarixi mütəfəkkirlərimizin irsinə göstərdiyiniz xüsusi diqqət təqdirəlayiqdir.

Şuşada, Ağdamda və digər rayonlarımızda dağıdılmış məscidlərimizin, muzeylərimizin, tarixi və mədəni abidələrimizin sürətlə bərpası, mədəniyyət tədbirlərinin yenidən öz doğma məkanına qayıtması milli kimliyimizə və tariximizə verdiyiniz ən böyük töhfədir.

Görülən bütün işlərə görə Sizə dərin təşəkkürümü çatdırıram.

 

Hörmətlə,

Cəfərov Hicran

Azərbaycan Respublikası, Şirvan şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi