logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

15 iyul 2026, 16:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 69 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı hissə ləğv edilsin;

1.2. 11.2-ci bənddən “, habelə növbəti illərin dövlət büdcəsində nəzərdə tutulacaq” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, № 3, maddə 262, № 4, maddə 397, № 5 (I kitab), maddə 526, № 6 (I kitab), maddə 657, № 8, maddə 948, № 11, maddə 1197; 2025, № 3, maddələr 224, 232, № 5, maddə 444, № 7, maddə 658, № 9, maddə 817, № 11, maddə 1018, № 12 (I kitab), maddə 1151; 2026, № 2, maddə 123; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 673 nömrəli Fərmanı) ilə təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 20.2 – 20.4-cü bəndlər ləğv edilsin;


2.2. aşağıdakı məzmunda 34-1-ci hissə əlavə edilsin:

“34-1. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs üzrə:

34-1.1. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru;

34-1.2. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti İdarə Heyətinin sədri.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1034 (Cild I); 2024, № 2, maddələr 147, 158, № 6 (I kitab), maddə 654, № 7, maddələr 814, 815, № 8, maddələr 937, 948) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”nin 6.1.13-cü yarımbəndində “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki” sözləri “Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə verilmiş” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddələr 647, 654, № 12 (II kitab), maddə 1359; 2025, № 8, maddə 749, № 11, maddə 1018; 2026, № 1, maddə 24) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “7. Tədbirlər planı” hissəsinin 2.3.1-ci yarımbəndinin 2-ci abzasının “Digər icraçılar” sütununa “ƏƏSMN,” akronimindən sonra “AZCON,” akronimi əlavə edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1297 (Cild I); 2024, № 4, maddə 400, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 654, № 12 (II kitab), maddə 1360; 2025, № 4 (I kitab), maddə 330; 2026, № 2, maddə 128; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 697 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. “AKRONİMLƏR VƏ İXTİSARLAR” hissəsinə “ASK Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“AZCON Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)”;

5.2. “10. Dövlət Proqramına dair Tədbirlər Planı” hissəsi üzrə:

5.2.1. “Əsas icraçı qurum” sütununa “qurum” sözündən sonra “, fəaliyyət istiqamətinə uyğun olaraq” sözləri əlavə edilsin;

5.2.2. 2.3.5-ci, 4.5.1-ci, 4.5.3-cü və 4.5.5-ci yarımbəndlərin birinci abzaslarının “Əsas icraçı qurum” sütununa “RİNN” akronimindən sonra “, AZCON” akronimi əlavə edilsin;

5.2.3. 4.3.4-cü yarımbəndin “Digər icraçılar” sütununa “ETN” akronimindən sonra “, AZCON” akronimi əlavə edilsin;

5.2.4. 5.1.4-cü yarımbəndin birinci abzasının, 5.1.6-cı yarımbəndin, 6.1.2-ci yarımbəndin birinci abzasının və 6.3.1-ci yarımbəndin “Digər icraçılar” sütununda “RİNN” akronimi “AZCON” akronimi ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 806 (Cild I); 2025, № 4 (I kitab), maddə 379, № 7, maddə 692; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 697 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın “8. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 8.7.1-ci və 8.7.5-ci yarımbəndlərin “Digər icraçılar” sütununa “RİNN” akronimindən sonra “, AZCON” akronimi əlavə edilsin;

6.2. 8.7.2-ci yarımbəndin “Digər icraçılar” sütununa “NMR NK” akronimindən sonra “, AZCON” akronimi əlavə edilsin;

6.3. 8.7.3-cü və 8.7.4-cü yarımbəndlərin “Digər icraçılar” sütununda “RİNN” akronimi “AZCON” akronimi ilə əvəz edilsin;

6.4. “AKRONİMLƏR VƏ İXTİSARLAR” hissəsinə “AZAL –Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“AZCON – “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)”.

7. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 10, maddə 1147; 2026, № 3, maddə 259) ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da aşağıdakı dəyişikliklər edilsin:

7.1. “9. 2024−2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsi üzrə:

7.1.1. 9.1.1.1-ci, 9.1.2.1-ci, 9.1.2.2-ci, 9.1.3.2 – 9.1.3.4-cü və 9.5.3.2-ci abzasların “Digər icraçılar” sütununda “RİNN” akronimi “AZCON” akronimi ilə əvəz edilsin;

7.1.2. 9.1.1.3-cü abzasın “Digər icraçılar” sütununa “Azərenerji” ASC” sözlərindən sonra “, AZCON” akronimi əlavə edilsin;

7.1.3. 9.1.3.1-ci abzasın “Əsas icraçılar (fəaliyyət istiqamətlərinə uyğun olaraq)” sütununda “RİNN” akronimi “AZCON” akronimi ilə əvəz edilsin;

7.2. “10. Akronimlər və ixtisarlar” hissəsinə “Azərenerji” ASC – “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“AZCON –Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2026-cı il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi