logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Səfər Əlirzayevdən, Naxçıvan, Azərbaycan

Text size icon-size icon-size

13 iyul 2026, 13:15

Hörmətli Mehriban xanım,

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının Sizin rəhbərliyinizlə keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Sizin rəhbərliyinizlə keçirilən bu mühüm iclas ölkəmizin rəqəmsal inkişaf strategiyasının həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi və innovativ yanaşmaların inkişafı baxımından mühüm mərhələdir.

İclas zamanı rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik, innovasiya ekosisteminin inkişafı və insan kapitalının gücləndirilməsi ilə bağlı mühüm məsələlərin müzakirə olunması Azərbaycanın gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Sizin rəhbərliyiniz və diqqətiniz sayəsində həyata keçirilən belə təşəbbüslər ölkəmizin inkişafına, gənc nəslin müasir bilik və bacarıqlara yiyələnməsinə mühüm töhfə verir.

Bu mühüm iclasa rəhbərlik etdiyiniz və ölkəmizin tərəqqisi naminə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm.

Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram.

 

Hörmətlə,

Əlirzayev Səfər

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi