logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bəxtiyar Hüseynovdan, Lənkəran, Azərbaycan

Text size icon-size icon-size

06 iyul 2026, 12:30

Çox hörmətli cənab Prezident!

Sinovlu kəndinin sakinləri adından Sizə dərin hörmət və ehtiramımızı bildirir, ölkəmizin inkişafı və vətəndaşların rifahı naminə həyata keçirdiyiniz məqsədyönlü siyasətə görə səmimi minnətdarlığımızı ifadə edirik.

Uzun illər ərzində kəndimizdə elektrik təsərrüfatının köhnəlməsi, elektrik dirəklərinin və naqillərinin yararsız vəziyyətdə olması sakinlər üçün ciddi narahatlıq yaradırdı. Xüsusilə əlverişsiz hava şəraitində elektrik enerjisinin verilişində yaranan problemlər gündəlik həyatımıza mənfi təsir göstərirdi.

Böyük məmnunluq hissi ilə qeyd edirik ki, Sizin vətəndaşlara göstərdiyiniz diqqət və qayğının nəticəsi olaraq kəndimizdə genişmiqyaslı yenidənqurma işləri həyata keçirilmişdir. Köhnə və yararsız elektrik dirəkləri yeniləri ilə əvəz olunmuş, müasir elektrik xətləri və kabelləri çəkilmiş, nəticədə kəndimizin elektrik təminatı əsaslı şəkildə yaxşılaşdırılmışdır. Bu nəcib addım dövlət vətəndaş birliyinin və Sizin xalqın rifahına göstərdiyiniz xüsusi diqqətin bariz nümunəsidir.

Bu işlər Sinovlu kəndinin sakinləri tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanmışdır. Həyata keçirilən tədbirlər kəndimizə sanki yeni bir işıq, yeni bir nəfəs gətirmiş, uzun illər bizi narahat edən problemləri aradan qaldırmışdır.

Buna görə də, Sinovlu kənd sakinləri adından Sizə sonsuz təşəkkürümüzü bildirir, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Allah Sizi qorusun, dövlətimizi və xalqımızı daim firavan etsin!

 

Hörmətlə,

Hüseynov Bəxtiyar, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, yazıçı-publisist

Azərbaycan Respublikası, Lənkəran rayonu, Sinovli kəndi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi