logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Dilqəm Verdiyevdən, Abşeron, Azərbaycan

Text size icon-size icon-size

03 iyul 2026, 14:08

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Dövlətimizin suverenliyi, Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bu qürurun həzzini bizə yaşatdığınıza, Azərbaycanın adını bütün dünyada tanıtdırdığınıza, hər zaman şəhidlərin ruhunu şad etdiyinizə görə Sizə sonsuz təşəkkürümü bildirirəm.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında” Sərəncamınızla bir daha şəhidlərimizin qəhrəmanlığına yüksək qiymət verdiyiniz üçün Sizə minnətdarıq.

Bu ali təltif şəhidlərimizə verilən ən böyük dəyər, ailələri üçün qürurdur. Şəhid Bəhman Verdiyevin ailə üzvləri adından Sizə minnətdarlığımızı bildirir, fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Verdiyev Dilqəm Mədəd oğlu

Azərbaycan Respublikası, Abşeron rayonu, Fatmayı qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi