Məhərrəm İbadovdan, Abşeron, Azərbaycan
03 iyul 2026, 13:13
Hörmətli cənab Prezident.
Siz Heydər Əliyev siyasətinin davamçısı, Qalıb Prezidentimiz, Qəhrəman Ali Baş Komandanımızsınız. Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. İgid oğullarımızı “Dəmir Yumruq” ətrafında birləşdirməklə xalqımıza Zəfər sevinci yaşatdınız, Xankəndidə bayrağımızı yüksəltdiniz.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif etməyiniz şəhid ailələrinə xüsusi sevinc bəxş etdi.
Bizi fərəhləndirdiyiniz üçün Sizə təşəkkür edirik. Sizin atdığınız imzalar hər zaman dövlətimizə uğurlar gətirib və xalqımızı sevindirib. Allah hər zaman Sizin ailənizi sevindirsin, qorusun.
Şəhid atası olaraq əmin edirəm ki, ailə üzvlərim və Abşeron rayonunun ağsaqqalları, həmçinin Qərbi Azərbaycanlılar İcmasının üzvləri ilə birlikdə hər zaman Sizinləyik və Sizinlə Fəxr edirik.
Bütün şəhid ataları adından Sizə minnətdarlığımı bildirir, möhkəm cansağlığı, uzun ömür, xoş günlər və yeni qələbələr arzulayıram.
Hörmətlə,
İbadov Məhərrəm, şəhid atası
Azərbaycan Respublikası, Abşeron rayonu.