logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ağalətif Məcidovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

02 iyul 2026, 18:02

Hörmətli cənab Prezident,

Siz qüdrətli Sərkərdə, tarixi zəfəri xalqımıza yaşadan Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı kimi hamımızın qəlbini fəth etmisiniz.

Bütöv Azərbaycanı, hüdudsuz səadət hissini bizə bəxş etdiyinizə, övladlarımızın qisasını aldığınıza görə Sizə bütün şəhid ataları adından təşəkkür edirəm.

Bir neçə gün əvvəl oğlum – şəhid Səbuhi Məcidov Sizin Sərəncamınızla 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi. Ailəmizin yaşadığı sevinc və qürur hissini sözlə məsinə görə Sizə minnətdarlıq bildirirəm.

Allah Dövlətimizi, Ordumuzu, Sizi qorusun! Yaşasın Azərbaycan!

Hörmətlə,

Məcidov Ağalətif

Azərbaycan Respublikası, Abşeron rayonu, Güzdək qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi