İlqar Rəhimovdan, Bakı, Azərbaycan
02 iyul 2026, 15:41
Hörmətli cənab Prezident,
Sizin rəhbərliyinizlə Vətən müharibəsində şanlı Ordumuzun qazandığı Zəfər tariximizin ən parlaq səhifələrindən biridir. Vətənimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçmiş şəhidlərin ailələrinə göstərdiyiniz qayğı və diqqətə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm.
Şəhid ataları üçün övlad itkisi nə qədər ağrılı olsa da əhatə olunduğumuz diqqət və qayğı bizi qürurlandırır və fərəhləndirir.
Bu günlərdə oğlum – şəhid leytenant Rəşad Rəhimovun Sizin Sərəncamınızla 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə görə Sizə minnətdarlıq bildirirəm.
Allah Dövlətimizi, Ordumuzu, Sizi qorusun! Yaşasın Azərbaycan!
Hörmətlə,
Rəhimov İlqar Aslan oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.