Rəsmiyyə Əhmədovadan, Bakı, Azərbaycan
02 iyul 2026, 12:12
Hörmətli cənab Prezident,
Sizin güclü siyasi iradəniz və uzaqgörən Liderliyiniz, Vətənə sonsuz sevginiz nəticəsində azad olunmuş Qarabağ torpaqları dirçəlir, şəhər və kəndlərimiz yenidən qurulur, azad olunan torpaqlarda həyat yenidən canlanır.
Biz şəhid anaları bu gün işğaldan azad olunmuş müqəddəs torpaqlarımızda gedən işləri böyük qürur və fəxarət hissi ilə izləyirik.
Bu günlərdə oğlum – şəhid Nicat Atayevin Sizin Sərəncamınızla 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi keçirdiyimiz qürur və fəxarət hisslərini daha da gücləndirdi, ailə üzvlərimizə sevinc hiss yaşatdı.
Bu ali mükafata görə bütün şəhid valideynləri adından Sizə minnətdarlıq bildirirəm.
Hörmətlə,
Əhmədova Rəsmiyyə Nüsrət qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.