İlahə Quliyevadan, Abşeron, Azərbaycan
Text size
02 iyul 2026, 13:20
Cənab Prezident,
Sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır.
Həyat yoldaşım – şəhid Ruslan Quliyevin xatirəsinə göstərdiyiniz yüksək ehtirama və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı Sizə sonsuz təşəkkürümü bildirirəm.
Bu ali mükafat bizim üçün böyük təsəlli və qürur mənbəyidir.
Şəhid ailələrini hər zaman diqqətdə saxladığınız üçün Sizə minnətdarıq.
Hörmətlə,
Quliyeva İlahə Etibar qızı
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri