logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Orxan Nuriyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

30 iyun 2026, 18:55

Hörmətli cənab Prezident!

Mən üzləşdiyim çətinliklə əlaqədar Sizə müraciət ünvanlamışdım. Müraciətimə göstərilən diqqətə və ixtisasıma uyğun xidmət etməyim üçün yaradılan imkana görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Vətəndaşların problemlərinə həssas münasibətiniz və müvafiq tədbirlərin görülməsi məni çox sevindirir. Sizin rəhbərliyiniz altında ölkəmizin hər bir vətəndaşına qayğı göstərilməsi, onların müraciətlərinə diqqət və həssas yanaşılması bizə böyük mənəvi dayaqdır.

Sizə bir daha təşəkkür edir, ölkəmizin inkişafı, qüdrətlənməsi və xalqımızın rifahı naminə həyata keçirdiyiniz yorulmaz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, uzun ömür və yeni uğurlar arzulayıram.

Hörmətlə,

Orxan Nuriyev

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi