logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Mahmud Əhmədinejada

Text size icon-size icon-size

10 fevral 2013, 13:30

Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizə və Sizin simanızda qardaş İran xalqına ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.

Tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımız arasındakı münasibətlərin xoş ənənələri bu gün də davam etməkdədir. Qarşılıqlı etimad, inam və dəstəyə əsaslanan münasibətlərimiz, həmçinin ortaq mənəvi dəyərlərimizdən güc alır.

Əminəm ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında belə möhkəm təməllər üzərində qurulmuş münasibətlər ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün gözəl zəmin olacaqdır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 4 fevral 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi