logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İraq Respublikasının Prezidenti Nizar Amididən

Text size icon-size icon-size

24 iyun 2026, 18:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Dost Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və uğurlar, xalqınıza isə davamlı tərəqqi və firavanlıq arzulayırıq.

Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə sadiqliyimizi bir daha təsdiqləyirik.

Dərin hörmətlə,

 

Nizar Amidi

İraq Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi