logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Abdulla Mustafayevdən, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

24 iyun 2026, 19:31

Möhtərəm cənab Prezident!

Biz Ağdərə rayonundan məcburi köçkün düşmüşdük və Qaradağ rayonunda məskunlaşmışdıq. Otuz ilə yaxın məcburi köçkün kimi yaşadıq. Sizin və şanlı Ordumuzun sayəsində həsrətimiz nəhayət sona çatdı, şirin vüsala qovuşduq. Tarixi Qarabağ torpağımız düşmən tapdağından azad olundu. Artıq məcburi köşkün adı üzərimizdən götürülmüşdür. Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk. Həm də Sizə ona görə minnətdarıq ki, doğma Həsənriz kəndində evlə təmin olunmuşuq. Necə deyərlər könlümüz xoş, gözümüz aydındır!

Tanrı Sizi qorusun.

Hörmətlə,

Abdulla Mustafayev,

keçmiş məcburi köçkün

Azərbaycan Respublikası, Tərtər rayonu, Mamırlı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi