logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sənan Xəlilovdan, Qazax, Azərbaycan

Text size icon-size icon-size

24 iyun 2026, 13:45

Hörmətli cənab Prezident İlham Əliyev!

Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən uğurlu siyasətə və regionların inkişafına göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümü bildirirəm.

Uğurlu fəaliyyətiniz nəticəsində, respublikamızın dörd bir yanında olduğu kimi, Qazax rayonunda da abadlıq işləri, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Ölkəmizin inkişafı naminə görülən işlərlə yanaşı, vətəndaş müraciətlərinə diqqətlə yanaşılması da hər zaman təqdir olunur, yüksək qiymətləndirilir.

Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Sənan Xəlilov

Azərbaycan Respublikası, Qazax rayonu, Canalı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi