logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Zülfüqar Kərimovdan, İsmayıllı, Azərbaycan

Text size icon-size icon-size

22 iyun 2026, 17:42

Cənab Prezident,

Sizin aqrar sahəyə olan qayğınız fermerlər tərəfindən hər zaman yüksək qiymətləndirilir. Əkin-biçinlə məşğul olan insanlara subsidiyaların ayrılması, gübrələrin güzəştli şərtrlərlə, texnikaların lizinq yolu ilə verilməsi onların torpağa bağlılığını qoruyub saxlamışdır.

İvanovka kəndi bütün Azərbaycana zəhmətkeş əkinçilərin yaşadığı kənd kimi tanınmışdır. Müstəqillik illərində biz dövlətimizin dəstəyi sayəsində kolxozumuzu qoruyub saxlaya bildik və bu gün də kənddə bol məhsul tədarük olunur. Kənd təsərrüfatına dair qəbul etdiyiniz qərarlar məhsuldarlığı artırmaqla yanaşı, kənd yerlərində yaşayan insanların həyat səviyyəsini yüksəldir. Sizin sərəncamlarınızla təsdiq olunan müvafiq Dövlət Proqramı və Milli Strategiya aqrar sahənin inkişafında mühüm töhfədir.

Fermerlər olaraq biz bu diqqəti gələcək nəsillərə verilən dəyərin göstəricisi kimi görür, uğurlu aqrar siyasətinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Zülfüqar Kərimov,

fermer

Azərbaycan Respublikası, İsmayıllı rayonu, İvanovka kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi