logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzanidən

Text size icon-size icon-size

22 iyun 2026, 16:32

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü və Qurban bayramı münasibətilə İraq Kürdüstan Regionunun hökuməti adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Bu bayramlar münasibətilə ölkənizə və xalqınıza davamlı tərəqqi, sülh, əmin-amanlıq, xoşbəxtlik və firavanlıq arzulayıram.

İraq Kürdüstan Regionu hökumətinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyi naminə daha da möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiqləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Məsrur Bərzani

İraq Kürdüstan Regionunun Baş naziri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi