logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Talıb Həsənovdan, İsmayıllı, Azərbaycan

Text size icon-size icon-size

19 iyun 2026, 19:00

Cənab Prezident,

Kənd təsərrüfatına dair qəbul etdiyiniz qərarlar yalnız məhsuldarlığı artırmır, həm də kənd yerlərində yaşayan insanların rifahının yaxşılaşması yolunda yeni ümidlər gətirir.

Sizin sərəncamlarınızla təsdiq “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”, həmçinin “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” ölkəmizdə aqrar sahənin inkişafında mühüm töhfə olacağına inanırıq.

Fermerlər olaraq biz bu diqqəti dövlətin gələcək nəsillərə verdiyi dəyərin göstəricisi kimi görürük. Sizin qayğınız sayəsində kəndlərimizdə iş imkanları genişlənir, gənclər torpağa bağlı qalır. Bu siyasətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Talıb Həsənov

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Qubaxəlilli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi