logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Könül Məmmədovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

17 iyun 2026, 14:38

Möhtərəm cənab Prezident!

Azərbaycan vətəndaşlarına, xüsusilə də sağlamlıq imkanları məhdud uşaqlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin rəhbərliyinizlə aparılan sosial islahatların nəticəsində yaradılmış və ixtisaslaşmış Sosial Xidmətlər Mərkəzində övladlarımız nəticəsi yüksək olan reabilitasiya keçirlər. Mənim oğlum Rəvan Məmmədli bu Mərkəzdə xidmət keçməmişdən əvvəl çox çətinliklər yaşayırdı. O, burada aldığı psixoloq və loqoped xidmətləri sayəsində indi özünü çox yaxşı ifadə edir. Ailəmizin sevincinin həddi-hüdudu yoxdur.

Cənab Prezident, ölkə vətəndaşlarının rifah halını yüksəldən bu cür layihələr üçün Sizə təşəkkür edirəm.

Hörmətlə,

Könül Məmmədova

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi