İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub
Text size
16 iyun 2026, 16:00
İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Niderland Krallığının Baş naziri Rob Yetten arasında telefon danışığı olub.
Bu barədə Prezidentin X sosial şəbəkə hesabında paylaşım edilib.
“Bu gün Niderlandın Baş naziri Rob Yetten (@MinPres) mənə telefon zəngi etdi. Siyasi dialoqumuzu və iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirmək barədə razılığa gəldik. Biz, həmçinin regional proseslər ətrafında fikir mübadiləsi apardıq və mən Niderlandın bölgədə dayanıqlı sülhə və sabitliyə verdiyi dəstəyə görə məmnunluğumu bildirdim”.